!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zaxarovadan ictimai rəyə hesablanmış MESAJ: “Rusiya bu proseslərdən uzaqda qaldığını hiss edir”

!Reklam – Yazi

“Son vaxtlar ABŞ-nin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında müəyyən proseslər gedir. Həmçinin, bundan öncə xarici işlər nazirlərinin görüşü oldu, eləcə də Böyük Britaniyada belə bir cəhd oldu”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Mustafa deyib.

Siyasi təhlilçi Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarovanın Azərbaycan-Ermənistan münasibətləri bağlı səsləndirdiyi fikirlərə, habelə Moskvanın sözügedən məsələdə vasitəçilik təşəbbüslərindən söz açıb.
Hadisələri şərh edən mütəxəssisin sözlərinə görə, bu gün Rusiya sanki bölgədən, xüsusilə də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı gedişatdan bir az uzaqda qaldığını hiss edir ki, bu da Moskvanın nüfuzuna və geosiyasi maraqlarına təsir edir.
Onun qənaətinə görə, Kreml fikirləşir ki, regiona ən çox təsir edən özü olsa da, bu məsələlərdə yoxdur. Yəni onlar bunu belə qəbul edir:

“Ona görə də Mariya Zaxarovanın timsalın Rusiyanın timsalında xatırladır ki, onlar da var və bölgədə gedən proseslərə bir formada nəzarət edirlər. Əslində, bu, ictimai rəyə bir növ mesaj vermək idi ki, Rusiya hələ ölməyib, ayaq üstədir və bölgədəki məsələlərin, xüsusilə də sülh prosesinin yaranmasında maraqlıdır”.

“O ki qaldı burada kimin vasitəçi olması ehtimalına, məncə, ABŞ və Rusiya bu məsələdə vasitəçi olmayacaq. Bu gün ABŞ-nin də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırıması məsələsindəki moderatorluğu daha çox daxildəki seçkilərdə PR qazanmaqla bağlıdır. Yəni Demokratlar bununla xal qazanmaq istəyirlər ki, seçkilərdə bununla uğur əldə edə bilsinlər”, – həmsöhbətimiz əlavə edib.

“Rusiya da başa düşür ki, moderator ola bilmir, çünki Ermənistan onu iqnor edir, Rusiyanı tanımır, yaxud onun orbitində olan tədbirlərə qatılmır. Qısacası, hər ikisi oyundankənar vəziyyətdədir. Burada ən işlək model birbaşa, ikitərəfli münasibətlər fonunda sazişin imzalanması məsələsidir. Amma sazişin imzalanması üçün də müəyyən zaman lazımdır. Yəqin ki, bu proses bir müddət çəkəcək”, – deyə Ə. Mustafa fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv