Zəfər nəğməsinin nəfəsi: Şuşa, sən azadsan!

media-hightechnic-468x90

8 may Azərbaycan tarixinə dərin iz buraxmış faciəli günlərdən biri kimi yaddaşımıza həkk olunub. Uzun illər bu günü varlığımızı saran kədər və ruhumuzdakı sonsuz niskillə xatırlayırdıq. Amma içimizdə sarsılmaz bir inam var idi: Üçrəngli bayrağımızın Şuşada yenidən dalğalanacağı günün uzaqda olmadığına əmin idik və o anı səbirsizliklə gözləyirdik. Nəhayət, düz 28 ildən sonra – 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad etdi.

media-banner_tkm

Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirərək, Ulu Öndər Heydər Əliyevin başladığı tarixi missiyanı məntiqi sonluğuna çatdırdı və Azərbaycan xalqını qələbə ilə müjdələdi. Bununla da o, öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, yenilməz fateh və Müzəffər Ali Baş Komandan kimi əbədi həkk etdirdi.

Dövlət başçısının Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə əbədiləşdirildi, 8 noyabr tarixi Zəfər Günü elan edildi. Bu gün artıq köç karvanları qədim qala yurduna dönərək Şuşaya yeni nəfəs gətirib. Yenidən həyat qaynayan Şuşa indi öz qucağında yeni qəhrəmanlar böyüdür.

Zəfər çalmış qalib ölkənin Xalq şairi Vahid Əziz “Qəribə taleyli şəhərdi Şuşa” şeiri ilə qələbəmizin sözlə rəsmini elə mükəmməl çəkib ki… Bəli, bu gün şiş qaya üstündə məğrur dayanan Xan şəhərimizdə, Azərbaycanın incisi sayılan Şuşanın hər daşında, hər qayasında, hər gülündə-çiçəyində zəfər nəğməsinin nəfəsi duyulur:

Qəribə taleyli şəhərdi Şuşa,
Səkkizi getmişdi, Səkkizi gəldi,
Coşdu “Xarıbülbül” laləylə qoşa,
Süsəni, sünbülü, nərgizi gəldi.

Hər daşı, çiçəyi nəğmə-şeirdi,
Sınağa çəkəni ”xeyir”lə, ”şər”di,
Qürbətdə lal olub qəribsəyirdi,
Özünə bülbülün nəğməsi gəldi.

Qiyamət gününün vaxtı yetişdi,
Hər əsgər düşmənlə şirtək döyüşdü,
Yurda son baharın ayağı düşdü,
Zəfər nəğməsinin nəfəsi gəldi.

Şiş qaya üstündə Xan şəhəridi,
Yurdun incisidi, can şəhəridi,
Xalqın alın təri, qan şəhəridi;
Şuşa silinməyən xatirələrdi.

Şuşamız əbədi bizə qalacaq,
Hələ çox qisaslar Vətən alacaq,
Dünya çöhrəsinə heyran olacaq,
İlhamlı yeni bir əsərdi Şuşa,
Qəribə taleyli şəhərdi Şuşa.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05