!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zəfərin mübarək, Azərbaycan! - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” üçüncü sezonunun altıncı buraxılışı ilə görüşünüzə gəlib.

Budəfəki mövzu tarixi ədalətin bərqərar olduğu gün – Zəfər Gününə həsr olunub.

Buraxılışın videosu:

Buraxılışın mətni:

Kim deyirsə ki, əsas döyüşdür və ya iştirakdır, yalan deyir. Əsas zəfər qazanmaqdır. Zəfər qazanmayanların, zəfərə həsrət qalanların yalanıdır “əsas iştirak etməkdir” demək.

Qalibiyyəti dadmaq, onu yaşamaq ayrı bir hiss, ayrı bir həyəcandır.

Alparslan Malazgirtdə, Fateh İstanbulda, Şah İsmayıl Siyahrudda hansı hissi yaşayıbsa, xalq və dövlət olaraq, 44 günlük savaşda o hissləri yaşadıq. İnsan məğlub olduğunu xatırlamaq istəmir. Biz birinci savaşdan məğlub ayrılmışdıq. İllərlə Xocalını, Qarabağı xaricdə təbliğ edərkən, boynumuz bükükdü. Çünki torpağını itirmiş, məzarları düşmən tapdağı altında olan bir ölkənin vətəndaşıydıq. Ancaq bu gün Zəfərimizi qeyd edirik. Hansı ki, şəhid qanı, sarsılmaz iradə və xalqın inamı bu zəfəri bizə bəxş etdi.

Bu millət bir Milli Azadlıq Hərəkatı dönəmində yumruğa çevrilmişdi və yenə şəhid qanı ilə müstəqilliyini geri almışdı. Bu dəfə də içimizdəki bütün qüssə-kədəri dəmir yumruğa çevrirərək, düşmənin üzərinə endirdi və Qarabağın buxovlarını qırıb-atdı.

Bu zəfər təkcə Qarabağı Azərbaycana qaytarmadı. Həm də Türkiyə ilə Azərbaycanın dırnaqla ət olduğunu bütün cahana göstərdi.

Zəfərin mübarək, Azərbaycan!
Qarabağın mübarək, Azərbaycan!
Yaşa Azərbaycan! Yaşa Türkiyə!

www.yenicag.az

1047
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv