Zəif smartfonlar üçün “Instagram”la bağlı mühüm YENİLİK

media-hightechnic-468x90

“Facebook” zəif smartfonlar üçün “yüngül” “Instagram”ın yenilənmiş versiyasını təqdim edib. “Instagram Lite” adlandırılan yeni versiyanın tutumu 2 MB-dan azdır.

Yenicag.az “ICTnews”a istinadən xəbər verir ki, bu il “Facebook” şirkəti “Instagram Lite” mobil tətbiqinin əvvəlki versiyasının fəaliyyətini dayandırıb. İndi şirkət yeni versiyanı təqdim edib. Bəzi funksiyalar (məsələn, “Reels”, şopinq və “IGTV” üçün seçimlər) yenilənmiş versiyada optimallaşdırma məqsədilə yoxdur. Mobil tətbiq çox sürətli işləyir.

“Instagram Lite” hələ ki yalnız Hindistanda əlçatandır. Mobil tətbiq artıq təxminən 5 milyon dəfə quraşdırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600