Zelenski iki gün ərzində Tramp ilə ikinci dəfə telefonla danışdı

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski son iki gün ərzində ikinci dəfə amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.

media-banner_tkm

Yenicag.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti “Telegram” kanalında bildirib.

“Elə indi ABŞ Prezidenti ilə danışdım. Söhbət çox məhsuldar keçdi. Dünənki telefon danışığında bu gün üçün mövzular müəyyənləşdirilmişdi. Bu gün razılaşdırdığımız mövzular üzrə müzakirələri davam etdirdik. Danışıqlarda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, dayanıqlığın artırılması və enerji məsələləri müzakirə olundu. Prezident Tramp Ukraynadakı vəziyyət barədə hərtərəfli məlumatlıdır”, – deyə Volodimir Zelenski bildirib./Apa/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05