“Ukrayna liderinin Qərb hərbi-siyasi bloku NATO-ya qarşı tənqidi bəyanatları fonunda Ukrayna prezidenti Vladimir Zelenski ilə Qərb arasında parçalanma ehtimalı çox azdır”.
Yenicag.az xəbər verir ki, bunu politoloq Malek Dudakov Zelenski ilə Qərb arasında parçalanma ehtimalını qiymətləndirərkən deyib.
O, bildirib ki, nə parçalanma, nə də həll olunmayan ziddiyyətlər gözləmək lazımdır:
“Bəli, ukraynalı lobbiçilər Qərbi tənqid etməklə əl-ələ verərək mövzunu şişirtdilər. Hərbi əməliyyatların, ərazi mübahisələrinin davam etdiyi müddətcə heç kimin Ukraynanı Şimali Atlantika Alyansına qəbul etmək fikrində olmadığı göz qabağındadır. Zelenski NATO-nun keçmiş sovet respublikasını alyansa qəbul etmək istəmədiyinə görə Qərbi tənqid etməklə daxili auditoriyaya hesablanmış addım atır.
Zelenskiyə NATO-da olmasa da Qərb platformalarında yer verilib. Ukraynanın müharibədən sonrakı gələcəyi ilə bağlı qərarlar da Qərb paytaxtlarında alınacaq. Lakin bu qərarlar Zelenskinin nə deməsindən, yaxud nə etməsindən asılı olmayaraq veriləcək”.
Nəsimi Ələsgərli
www.yenicag.az