Zelenski Kremlə SƏSLƏNDİ: “Bunker hazırlayın!”

media-hightechnic-468x90

“Rusiya taktiki nüvə silahından istifadə edəcək”.

Bu sözləri Rusiyanın Ukrayna ilə ikitərəfli və ABŞ vasitəsi ilə danışıqlar aparmasını dayandırmasını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

media-yusif_barzad

O, bildirib ki, ABŞ bütün istiqamətlərdə Rusiyaya təzyiq edir:

“Rusiya danışıqlardan imtina edib. Rusiya bunu ona görə edir ki, indiki mərhələdə masaya qoyulan məsələ sülh yox, atəşkəsdir. Kreml müvəqqəti atəşkəs istəmir. Ona görə də danışıqlardan imtina edir, üstəlik, hücumun miqyasını da genişləndirir. ABŞ tərəfi rəsmi olaraq bildirdi ki, Rusiya dərinliklərinin vurulması ilə bağlı məhdudiyyət yoxdur. Zelenski də bəyana verdi ki, Kremlin sahibləri özlərinə bunker hazırlasınlar”.

Müsahibimizin fikrincə, görünən odur ki, gərginlik artır:

“Türkiyə Prezidenti də Ukrayna məsələsi ilə bağlı açıqlama verdi və bildirdi ki, sülh danışıqları ilə bağlı gözlənti yoxdur. ABŞ çalışır ki, Rusiya danışıqlar masasına qayıtsın. Yaxın günlərdə Rusiya tərəfindən danışıqlarla bağlı bəyanat ola bilər. Faktiki olaraq PUA-larla NATO ölkələrinin hava məkanını pozur. İki variant var: ya danışıqlar baş tutmalıdır, ya da Ukrayna Rusiyanın dərinliklərini, paytaxtını vurur. Bu variantda isə Rusiya taktiki nüvə silahından istifadə edəcək”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa