Zelenski Roma Papasını Ukraynaya dəvət etdi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Roma Papası Fransiski arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bunu dövlət başçısı tviter səhifəsində yazıb.

“Biz Ukraynadakı durumu, rus qoşunlarının ölkədən çıxarılmasını və Vatikanın vasitəçilik təşəbbüsünü müzakirə etdik. Dəstəyə görə Papa Fransiskiyə minnətdarlığımı bildirdim”, – o qeyd edib.

Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş da V.Zelenski ilə Roma Papasının telefon danışığına dair məlumat yayıb. Diplomat deyib ki, V.Zelenski Papa Fransiskini vasitəçilik üçün Ukraynaya dəvət edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600