Zelenski seçki və sülh referendumu elan edə bilər
Ukrayna mayın 15-nə planlaşdırılan prezident seçkisi və Rusiya ilə sülh müqavilələri üzrə referenduma hazırlaşır.
Yenicag.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bu addım Amerika Administrasiyasının təzyiqi altında atılıb və məqsədi yazda Ukrayna münaqişəsinə son qoymaqdır.
Nəşr, həmçinin qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski referendum və seçki elan edə bilər. Onun ətrafındakılar yaranan logistik çətinliklərə baxmayaraq, səsverməni mümkün qədər tez keçirməyə hazır olduqlarını bildiriblər. Bundan əlavə, qəzetin məlumatına görə, Ukrayna parlamenti mart və aprel aylarında hərbi vəziyyət dövründə seçkinin keçirilməsinə imkan verən qanunvericilik düzəlişləri üzərində işləyəcək.












