Zelenski Stoltenberqlə Ukraynanın NATO-ya inteqrasiyasını müzakirə etdi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub, tərəflər Kiyevin alyansa inteqrasiyası üçün gələcək addımları müzakirə ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna lideri teleqram kanalında məlumat yayıb.

“Biz alyansın Vilnüs sammiti zamanı əldə olunmuş razılaşmaların icrasını, eləcə də Ukraynanın NATO-ya inteqrasiyası üçün gələcək fəaliyyətləri müzakirə etdik”, – məlumatda bildirilir.

Söhbət zamanı tərəflərin Qara dənizdəki mövcud vəziyyət və bunun qlobal ərzaq təhlükəsizliyi üçün yaratdığı risklər barədə də öz qiymətləndirmələrini bölüşdükləri vurğulanır.

Bundan əlavə, danışıqlar zamanı Qara dəniz taxıl dəhlizinin blokdan çıxarılması və davamlı fəaliyyəti üçün zəruri olan prioritet addımlar müəyyən edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600