Zelenskisiz Ukrayna: Trampın planı, yoxsa Putinin ŞƏRTİ?

media-hightechnic-468x90

“Ukraynada hakimiyyət dəyişikliyi anlayışı ancaq Zelenskinin hakimiyyətdən getməsi ilə mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi Ukraynadakı hökumət dəyişikliyinin siyasi səbəblərini və gələcək perspektivdə prezident Volodimir Zelenskinin hakimiyyətdən getməsi ehtimallarını şərh edib.

Onun sözlərinə görə, bu, Rusiyanın tələbidir:

“Hökumətin dəyişməsi sadəcə ABŞ-nin istəyidir. Bayden hakimiyyəti dövründə ABŞ-də Ukraynaya edilən yardımların mənimsənildiyi kimi fikir formalaşmışdı. Hətta buna görə onda da hakimiyyət dəyişmişdi. Yardımların yoxlanılması üçün qrup yaradılmışdı. İndi Tramp hökumətinin Ukraynaya ayıracağı yardımlar gündəmdədir və 500 milyon dollar da ayrılıb. Avropa İttifaqı da ABŞ-dən yeni silahlar alıb Ukraynaya verəcək. Görünən odur ki, hökuməti dəyişməklə bəzi neqativ halların qarşısını almaq üçün dəyişikliyə gedilir”.

Analitikin fikrincə, Rusiyanın guya 50 gündən sonra müharibəni dayandırıb danışıqlara gedəcəyi isə mümkünsüzdür:

“Bu, heç bir reallığı dəyişmir. Nə Rusiyanın maksimalist istəklərini, nə də Ukraynanın işğal edilmiş ərazilərinin varlığı və geri qaytarılması reallığını. Bunların öz yerini tapmayacağı durumda müharibənin dayanması ehtimalı ancaq ali varlığın istəyinə qalıb. Putinin qəfil ölümü kimi”.

“Tramp zatən Zelenskini gözdən çıxarmışdı, ancaq Putin razılığa gəlmədi. Hələlik Putinin istəkləri tam yerinə yetməyib, hətta Lavrov bütün Ukraynanın işğalından danışır. Putin atəşkəsə razı olarsa, təbii ki, Tramp Zekenskiyə təzyiqləri artırıb öz sözünü keçirə bilər. Amma Putinin buna razı olacağı çətindir. Hesab edirəm ki, 50 gündən sonra gündəm danışıqların başlaması yox, Ukraynaya hansı silahların verilməsi olacaq. Müharibə təəssüf ki, yeni alovla qızışacaq”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa