Albaniyada dəhşətli zəlzələ qurbanlarının sayı artıb.
Yenicag.az xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 48, xəsarət alanların sayı isə 790 nəfərə çatıb.
Xatırladaq ki, noyabrın 26-na keçən gecə Albaniyada 6,4 maqnitudalı zəlzələ baş verib. Yerli KİV-in məlumatına görə, yeraltı təkanlar daha çox paytaxt Tiranada, zəlzələ episentrinə yaxın olan Durres şəhərində hiss olunub.
Məlumata görə, dağıntılar altından 45 nəfər xilas edilib, onlardan üçünün vəziyyəti ağırdır.
www.yenicag.az