Zəngəzur uğrunda görünməyən KONFLİKT – Rusiya və ABŞ məsələnin HARASINDADIR?
“Rusiyanın da, ABŞ-nin də o yola nəzarət etməsinə icazə vermək olmaz”.
Bu sözləri Zəngəzur dəhlizi ilə bağlı Ermənistan hakimiyyətinin dəyişməz mövqeyi və prosesin həlli yolunu Yenicag.az-a şərh edən politoloq Qabil Hüseynli deyib.
O, bildirib ki, Zəngəzur dəhlizində kənar güclərin olması daim təhdid yaradacaq:
“Hüququ məntiqlə götürəndə Zəngəzur dəhlizinin keçdiyi yer Ermənistanın ərazisidir. Suverenlik də Ermənistana məxsusdur. Bu proses başlayandan Ermənistan bunun əleyhinə çıxdı. Həmişə bildirdilər ki, o torpaqlar onların suveren ərazilərdir. Bu fikri səsləndirməklə Ermənistan hakimiyyəti ictimai rəydə özlərinə hörmət qazana bildilər. Ermənistan tərəfi əvvəl daha sərt mövqedə idi. Ancaq indi xeyli yumşalıb”.
“ABŞ prezidenti bildirdi ki, dəhlizi ABŞ şirkəti idarə etsin. Məsələnin ən yaxşı yolu suveren torpaqlar kimindirsə, oradakı idarəçilik də həmin dövlətə məxsus olmalıdır. Ancaq qeyd edilməlidir ki, beynəlxalq hüququn tənzimlədiyi bir yoldur. Hüququ prosedurlar Ermənistana məxsus olsa da, yolun tənzimlənməsi beynəlxalq hüququn tələb etdi tənzimlənmə prosesi ilə həyata keçiriləcək. Rusiyanı da, ABŞ-ni o yola nəzarət etməyə qoymaq olmaz”, – deyə o, fikirlərini tamamlayıb.
Səxavət Məmməd