Zəngilandan gələn fəhlə avtobusu su kanalına aşdı

media-hightechnic-468x90

Beyləqanda fəhlə aparan avtobus aşıb, yaralılar var.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, Zəngilandan gələn “İsuzu” markalı avtobusun sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus su kanalına aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.

Faktla bağlı Beyləqan RPŞ-da araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa