Zəvvarlara xəbərdarlıq

media-hightechnic-468x90

08B9F4A8-DBD7-4A0D-9AB1-64D72395A0AD_mw1024_s_nAzərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlara ziyarət zamanı bəzi əməllərə yol verilməməsi barədə xəbərdarlıq ediləcək. Xəbərdarlığı pozanlar Səudiyyə Ərəbistanın qanunları çərçivəsində cəzalandırılacaq.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, Səudiyyə Ərəbistanının tələbinə əsasən pasportlarında İsrail dövlətinin vizası aşkarlanan zəvvarlar Həccə buraxılmayacaqları üçün onların sənədləri qəbul edilməyəcək.

Xəbərdarlıq zəvvarlara paylanacaq viza sənədləri arasında olacaq. Zəvvarlar xəbərdarlıqla tanış olduqlarına dair imza atacaqlar. Xəbərdarlığın mahiyyəti ondan ibarətdir ki, ziyarət zamanı zəvvarlar spirtli içki qəbul etməməli, zinaya yol verməməli, hansısa siyasi və dini təriqətə qoşulmamalı, ölümə səbəb olan və digər ziyanverici hərəkətlərdən, eyni zamanda hər hansı siyasi aksiyalardan uzaq durmalıdırlar. Narkotik, zina, spirtli içki qəbuletmə və oğurluq əməllərinə görə şallaq, əl kəsilmə, daşqalaq olunma və müəyyən ağırlaşdırıcı hallarda ölüm cəzası da nəzərdə tutulur.

Qeyd edək ki, bu il Azərbaycandan Həccə 2700 zəvvarın aparılması nəzərdə tutulub. Bu il qiymətlərdə artım olduğu nəzərə çarpır. Sənədlərin qəbulu yalnız QMİ-də aparılır. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq ziyarət yalnız təyyarə reysləri ilə baş tutacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600