!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zibilxanalara çevrilmiş KÜÇƏLƏR: Həll yolu nədir? - RƏY

!Reklam – Yazi

Son vaxtlar sosial şəbəkələrdə zibilliklərlə bağlı xeyli şikayətlər paylaşılıb. Belə ki, təzə tikililərin yanında, küçələrdə və s. ərazilərdə yerləşdirilən zibil qablarının ətrafları bərbad vəziyyətdədir. Küçənin ətraflarına da tullantılar atılır, çirkləndirilir. Bu da həm gigiyenik, həm də təhlükəsizlik cəhətdən insanları narahat edir.

Bəs çıxış yolu nədir? Bu məsələ ilə bağlı hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən inşaat üzrə ekspert Ramil Osmanlı bildirib ki, bu problem Mənzil İstismar Sahələri tərəfindən tənzimlənir:

“Müvafiq qurumlar bu məsələyə tam nəzarət etməlidir. Amma nəzərə almaq lazımdır ki, bu gün hər hansısa binanın ərazisində zibil qabı qoymaq, yeri müəyyən etmək ciddi bir problemdir. Bunun üçün kifayət qədər müddət lazımdır.

Bəzi vaxtlarda İcra Hakimiyyəti icazə vermir. Sonra da belə problemlər baş verir. Hətta həmin əraziyə sahə mülkiyyətçiləri özləri zibil qabı qoymaq istəsələr belə, yer olmur. Hesab edirəm ki, yerli icra orqanları, təmiz şəhər və s. nəzarəti gücləndirəcək. Çünki bu məsələni sakinlər həll etməli deyil”.

Şahanə Paşa

www.yenicag.az

1274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv