Ziraat Bank Azərbaycan 2023-cü ili uğurla tamamlayıb

media-hightechnic-468x90

Ziraat Bank Azərbaycan 2023-cü ilin yekunlarına dair maliyyə hesabatlarını rəsmi internet səhifəsində yayımlayıb. Hesabatlara əsasən Bank fəaliyyət göstərdiyi illər ərzində müşahidə edilən müsbət inkişaf dinamikasını davam etdirərək müştərilərinin etimadını qazanmağa davam edib.

media-banner_tkm

Belə ki, yayımlanan maliyyə hesabatlarına əsasən 2023-cü il ərzində bankın həm kredit, həm də depozit portfelində artım müşahidə edilib. Bankın depozit portfeli 29,46% artaraq 411 mln manatı keçib, bankın kredit portfeli isə 23,1% artaraq 391 mln manata çatıb. Qeyd edək ki, kredit portfelinin əsas payını verilmiş biznes kreditlər təşkil edir.

2023-cü il ərzində bankın aktivləri 20,38 % artaraq 636 mln manatı keçmişdir. Bankın cəmi kapitalı isə 117 mln manata çatmışdır. Ötən il ərzində Ziraat Bank Azərbaycan 25 mln manata yaxın əməliyyat mənfəəti qazanmışdır, bu da 2022-ci il ərzində qazanılan əməliyyat mənfəətindən 31,62% artıqdır. Bankın xalis mənfəəti isə 2022-ci il ilə müqayisədə 12,61% artaraq 8.513 mln təşkil etmişdir.

2023-cü il ərzində bankın Azərbaycan Respublikası İpoteka və Zəmanət fondu ilə əməkdaşlığı da uğurla inkişaf etmişdir. Belə ki, fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri 2022-ci ilin sonu ili müqayisədə 70% artaraq 6.5 mln manata çatmışdır.

Bank tərəfindən açıqlanan maliyyə hesabatlarına əsasən bank 2023-cü il ərzində fəaliyyətini uğurla tamamlamışdır.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın FacebookInstagramTwitterLinkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05