“Zirə”nin yaydakı hazırlıq planı bəlli oldu

media-hightechnic-468x90

“Zirə”nin yaydakı hazırlıq planı bəlli olub.

Yenicag.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, “Qartallar” iyunun 14-də çalışmalara start verəcəklər. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 5-nə kimi paytaxtda məskunlaşacaq.

“Zirə” bu müddətdə 1 yoxlama oyunu keçirməyi planlaşdırır. Matç iyunun 30-da “Qarabağ”a qarşı keçiriləcək.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə baş tutacaq. 5-17 iyul tarixlərində qonşu ölkədə olacaq “Zirə” bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600