Zirə qəsəbəsində 1000-dən çox ağac əkilib
Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin kollektivi Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Xəzər rayonunun Zirə qəsəbəsində 1000-dən artıq ağac əkib.
Bu barədə “Akkord”un mətbuat xidmətindən məlumat veriblər.
“Akkord” korporasiyasının bu səpkidən olan növbəti aksiyası Xırdalan şəhərində keçiriləcək.
Qeyd edək ki, yaşıllaşdırma marafonu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ətraf mühitin mühafizəsinə töhfə verməkdir(azertac).