“Zirə” Vinsent Tilli heyətinə qatdı
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Yenicag.az xəbər verir ki, Vinsent Till klubla 1+1 illik müqavilə imzalayıb.
Lüksemburqlu futbolçu karyerası boyunca bir sıra məşhur klublarda çıxış edib. Fransanın “Mets”, “Po” və “Orlean”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro” və AİK komandalarında forma geyinən Till, həmçinin Lüksemburq yığmasının da üzvüdür.
Son olaraq “Sabah” klubunun şərəfini qoruyan 25 yaşlı oyunçu “Zirə”nin tərkibində yeni mövsümə start verəcək.