“Zirə”nin bir oyunu təxirə salındı, digərinin yeri dəyişdirildi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda keçirilməsi planlaşdırılan “Zirə” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Qartallar” UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin “Omoniya” kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.

Bundan əlavə, IV turunda “Şamaxı” – “Zirə” matçı ilə XII turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600