Zorakılığa məruz qalan qadınlar üçün layihə başa çatdı
Məişət zorakılığından əziyyət çəkən gənc qadınlarla individual-psixoloji iş aparılmışdır.
Bakı şəhərində “Məişət zorakılığına məruz qalmış gənc qadınlara dəstək” layihəsinin icrası başa çatıb. Məlumata görə, “Hüquq Dünyası” Hüquqi Təbliğat İB-nin əməkdaşı, gənc psixoloq Zümrüd Əkbərovanın rəhbərliyi ilə həyata keçirilən layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun V Qrant Müsabiqəsi çərçivəsində “C” kateqoriyası (fiziki şəxs layihələri) üzrə qalib olmuşdur. Layihə 16 iyun 2014-cü il tarixində başlanılmışdır və 16 sentyabr 2014-cü il müddətinə kimi davam etmişdir.
Layihənin əsas məqsədi məişət zorakılığına məruz qalan gənc qadınlara psixoloji və sosial dəstəyin göstərilməsi və bu mövzuda hüquqi maarifləndirmə işinin həyata keçirilməsi idi. Layihədən məişət zorakılığının qurbanı olmuş gənc xanımlar, ali və orta ixtisas məktəblərinin tələbələri, QHT və KİV nümayəndələri faydalanmışdır. Proyektə aidiyyəti sahə üzrə dövlət qurumlarının nümayəndələri, eləcə də gənc hüquqşünas, psixoloq və sosial işçilər ekspert qismində cəlb olunmuşdur.
Layihə çərçivəsində məişət zorakılığına məruz qalmış gənc qadınlarla fərdi psixoloji iş aparılmışdır.
Layihə çərçivəsində sosial iş, psixologiya və tibb təhsili alan 60 tələbə üçün məişət zorakılığı mövzusunda təlimlər keçirilmişdir. Təlim iştirakçılarına bukletlər və Azərbaycan Gənclər Fondunun loqosu ilə hazırlanmış köynəklər paylanmışdır. Layihənin əsas məqsədi məişət zorakılığı mövzusunda maarifləndirmə olduğundan ictimai yerlərdə müxtəlif yaş qruplarından olan insanlara, xüsusilə də gənclərə bukletlər paylanmışdır.
Zümrüd Əkbərova
Layihə direktoru
+994 55 494 12 71