Zukerberqə cinayət işi açıldı

media-hightechnic-468x90

mark_1443443700Almaniyanın Münhen Prokurorluğu “Facebook”un rəhbəri Mark Zukerberqə qarşı istintaq başladıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, istintaq işi “xalqı qızışdırmağa qərəzli şəkildə köməkçi olmaq” maddəsi ilə başladılıb.

Zukerberqin sosial şəbəkə istifadəçilərinin yazdığı cinayət çağırışları, zorakılıq təhdidlərinə, Yəhudi soyqırımının inkar edilməsinə və digər cinayətlərə göz yumduğu iddia edilir.

İstintaq işi çərçivəsində günahlandırılanlar arasında Zukerberqlə yanaşı şirkətin direktoru Sheryl Sandberg, Avropa üzrə direktor Richard Allan və Berlin direktoru Eva-Maria Kirschsieper də var.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600