!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Zülfiyyə: “Gözləmədiyin anda o dərd sənin də qapını döyər…”

!Reklam – Yazi

“Dərdin, kədərin heç qapını çalmayacağını zənn edərsən. Amma gözləmədiyin anda o dərd sənin də qapını döyər…”

Yenicag.az xəbər verir ki, bunu tanınmış aparıcı Zülfiyyə Bayramova sosial şəbəkə hesabında yazıb.

Bir neçə il öncə xərçəng xəstəliyi ilə mübarizə aparan aparıcının paylaşımı sosial şəbəkə izləyicilərini kövrəldib. Hər kəs ona çansağlığı arzulayıb:

“Həyatı heç ölməyəcək kimi yaşayır insan. Sanki olacaqları kənardan izləyəcəkmiş kimi, hər şeydən uzaq sanaraq özümüzü. Dərdin, kədərin heç qapını çalmayacağını zənn edərsən. Amma gözləmədiyin anda o dərd sənin də qapını döyər. Və qapını sən açarsan. O anda “niyə mən” sualını verməmişdən dönüb sevdiklərinə baxarsan. Şükür edərək, “yaxşı ki, mən” deyərsən. Bəlkə də o qapını sevdiklərindən biri açsaydı, asan olmazdı bu tasanı çəkmək. Düzdür, acılarını səninlə bərabər əzizlərin də çəkər. Amma ən azından ağrıları çəkməyəcəklər deyə sevinərsən. Yenə də olanlara və olacaqlara şükür etməlidir insan”.

Cəvahir

www.yenicag.az

613
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv