Bu gün millət vəkili Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
Seçicilər məşğulluq, hüquq, təhsil, mənzil-kommunal məsələləri və müxtəlif dövlət qurumları ilə bağlı müraciətlərini millət vəkilinə çatdırıblar. İrəli sürülən məsələlərin bəzilərini yerindəcə həll edən Azay Quliyev, digərlərinin aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul edib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.
www.yenicag.az