Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Birdən çox maaş alan MƏMURLAR: “Mən bu bəyəfəndinin obrazını yaratmışdım...” – Komik QALMAQAL - VİDEO

Məsul vəzifədə çalışaraq yüksək məvaciblə təmin olunan məmurun əlavə işlərə görə də maaş alması sərt reaksiya doğurub.

Yenicag.az Odatv.com-a istinadən xəbər verir ki, Ərdahan Universitetinin rektoru, professor Mehmet Biberin əsas vəzifəsindən başqa, universitetdə 9 fərqli işi də öz adına rəsmiləşdirərək maaş aldığı üzə çıxıb.

Rektorun tutduğu əlavə vəzifələri sırasında “Müraciət / Təklifi / Şikayət” üzrə məsul şəxs postu da var.

Bu durum Türkiyədə geniş narazılıq doğurub və sosial şəbəkələrdə davamlı müzakirələrə yol açıb.

Müzakirələrə qatılan populyar “Güldür Güldür” telelayihəsinin aktyoru Onur Buldu (Bilal obrazı) məsələyə reaksiya verib: “Mən bu bəyəfəndinin obrazını yaratmışdım…”

Xatırladaq ki, onur Buldu ötən həftələrdə “Güldür Güldür”ün “maaş” adlı səhnəciyində birdən çox vəzifə daşıyan və fərqli işlərə görə ayrıca maaş alan məmur obrazını canlandırmışdı.

www.yenicag.az

323
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100