Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

10 min nəfərin yaşadığı şəhər karantinada - Təhlükəli virus sürətlə yayılır

Vyetnamın paytaxtı Hanoydan 50 km-lik məsafədə yerləşən və 10 mindən çox sakini olan Son Loi şəhərində koronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “VNExpress” məlumat yayıb.

Məlumatda bildirilir ki, Son Loidə 3 aylıq körpədə və başqa 7 nəfərdə Kovid-19 virusu aşkarlanıb. Bundan sonra isə şəhərdə 14 günlük karantin elan edilib.

Xəbəri təsdiqləyən şəhər rəsmiləri burada yaşayan 10 min 600 nəfərin hər şeylə təmin olunduğunu və bu günədək 16 nəfərdə virusun aşkarlandığını bildirib.

Qeyd edək ki, ilk dəfə Çində aşkarlanan virus bütün dünya üçün təhlükəyə çevrilib. Virusdan həyatını itirənlərin sayı 1368-ə, virusa yoluxma sayı isə 59 min 883 nəfərə çatıb.

Loading...

www.yenicag.az

535
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100