Moskva aeroportlarında 100-dən çox aviareys təxirə salınıb.
Yenicag.az xəbər verir ki, buna Rusiya paytaxtındakı qeyri-sabit hava şəraiti səbəb olub.
“Ria Novosti”nin yaydığı məlumata görə, “Domodedovo” aeroportunda 21, “Şeremetyevo”da 77, “Vnukovo”da isə 5 uçuş təxirə salınıb, 3-ü isə ləğv edilib. “Şeremetyevo” hava limanında 35 uçuş ləğv edilib.
Sinoptiklər Moskvada güclü külək və yağıntılı hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq ediblər.
www.yenicag.az