11 ayda nağd xarici valyutanın alışı satışını üstələdi

media-hightechnic-468x90

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda nağd xarici valyutanın alışı satışını 393 milyon ABŞ dolları üstələyib.

Yenicag.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, cari ildə valyuta bazarında təklif tələbi üstələdiyi üçün burada ümumilikdə vəziyyət stabildir.

“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2,1 faiz bəndi azalaraq noyabrda 29 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ilin 11 ayında AMB-nin valyuta ehtiyatları 4,3 % artaraq 11,4 milyard ABŞ dollarına çatıb”, – deyə AMB bəyan edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa