!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

11 yaşlı uşaq 17-ci mərtəbədən yıxılıb öldü - Dostu zarafat edirdi

!Reklam – Yazi

Rusiyanın Reutov şəhərində (Moskva vilayəti) 11 yaşlı oğlan hündürmərtəbətli binanın 17-ci mərtəbəsindən yıxılaraq həyatını itirib.

Yenicag.az xəbər verir ki, onun ölümünə isə 19 yaşlı yaxın dostunun yersiz zarafatı səbəb olub. Belə ki, onlar binanın 17-ci mərtəbəsinə çıxaraq, oradan şəhəri seyr etmək qərarına gəliblər. Həyatını itirən yeniyetmə pəncərədən şəhərə baxarkən arxadan gələn dostu onun ayaqlarından tutaraq havaya qaldırıb və bununla azyaşlını qorxutmaq istəyib. Lakin ehtiyatsız davranan dostu onu əlində saxlaya bilməyib və zarafat acı sonluqla bitib. Yeniyetmə yerindəcə keçinib.

Hadisəni törədən gənc pəncərəni bağlayıb, dostunun telefonunu isə zibil qutusuna atıb. Amma yerli polis artıq onu həbs edib.

Faktla bağlı araşdırma aparılır.

COP29

www.yenicag.az

4972
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv