12 yaşlı "fenomen" daha çox izlənmək üçün özünü ilanlara dişlədir - FOTO

media-hightechnic-468x90

ABŞ-da yaşayan 12 yaşlı Elijah sosial mediada izləyici toplamaq üçün həyatını təhlükəyə atır. O, qəsdən özünü zəhərli və zəhərsiz ilanlara, eləcə də arılara dişlədir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Missuri ştatında yaşayan Elijah “Ozarkların Kralı” ləqəbi ilə məşhurlaşıb. O, dostlarının ilan dişləməsinin ağrılı olmasına inanmadığını görüb və bunu sübut etmək üçün videolar çəkməyə başlayıb. İzləyici sayı artdıqca cəsarəti daha da artan uşaq, hər 10 min yeni izləyici üçün özünü arılara sancdıracağını vəd edir.

Ailəsi vəziyyətdən narahat olsa da, anası onu qorumaq üçün zəhərli ilanları ayırd etməyi öyrədən xüsusi təlimlər keçirir.

Buna baxmayaraq, “fenomen” izləyicilərinə müraciət edərək, bu təhlükəli macəraların qətiyyən nümunə götürülməməli olduğunu və təbiətlə ünsiyyətin xüsusi bilik tələb etdiyini vurğulayıb.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05