13 yaşlı şagirdin oğlu oldu

media-hightechnic-468x90

sdddTürkiyənin Altınyayla mahalında 13 yaşındakı E. Ü. qarınağrısı şikayəti ilə aparıldığı xəstəxanada bir oğlan uşağı dünyaya gətirib.

Altınyayla mahalında ailəsi ilə yaşayan orta məktəb şagirdi E.Ü. səhər saatlarında qarınağrısı və şiddətli sancı səbəbi ilə anası tərəfindən Gölhisar dövlət xəstəxanasına aparılıb. Təcili yardımla xəstəxanaya gətirilən E.Ü. göbələk yediyini, bu səbəbdən qarnının ağrıdığını söyləyib.

İlk müayinə zamanı qızın hamilə olduğu üzə çıxıb. Dərhal doğum xidmətinə alınan E.Ü. bir oğlan dünyaya gətirib.

Prokurorluq hadisə ilə əlaqədar istintaq başladılarkən, E.Ü. mühafizə altına alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600