Ermənistan hökuməti istefaya göndərilir

1371646759_sargsyanErmənistan rəhbərliyi son günlər ölkədə baş verən hadisələrlə əlaqədar yaranan vəziyyətdən çıxış yolu kimi Nazirlər Kabinetinin istefaya göndərilməsi variantını nəzərdən keçirir”.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan jamanak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd edilib: “Məlum olub ki, Jirayir Sefilyan, qiyamçılar və ölkə rəhbərliyi arasında aparılan danışıqlar zamanı vəziyyətdən çıxış yolu kimi bəyanat verilib.

Tərəflərin razılığa gələcəyi və hökumətin, bir sıra güc struktur rəhbərlərinin, məsələn Ermənistanın polis rəisi Vladimir Qasparyanın istefaya gedəcəyi istisna edilmir.

Prezident Serj Sarkisyan isə yeni islahatlar haqqında vədləri ilə kifayətlənəcək. Yeri gəlmişkən, qiyamçılar və Sefilyan Dağlıq Qarabağ nizamlanması ətrafında son tendensiyalardan narazı qaldığından, bu kontekstdə Sarkisyanın ərazi güzəştinə gedilməyəcəyinə dair bəyanat səsləndirəcəyi istisna edilmir.

Bununla da Sarkisyan danışıqlar prosesində vasitəçilərə ölkə daxilində ona qarşı təzyiqlərin göstərilməsi barədə məlumat verəcək”