14 il sonra tarixi səfər: BMT Təhlükəsizlik Şurası heyəti Suriyadadır - FOTO/VİDEO

media-hightechnic-468x90

Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının heyəti, 14 illik fasilədən sonra ilk dəfə Suriyaya rəsmi səfər edib.

Yenicag.az xəbər verir ki , Çin, ABŞ, Rusiya, İngiltərə və Fransanın da aralarında olduğu 15 üzv ölkənin nümayəndələrindən ibarət heyət, paytaxt Şamda Suriya Prezidenti Əhməd Şara tərəfindən Xalq Sarayında qəbul edilib.

media-14-yil-sonra-tarihi-ziyaret-bmgk-heyeti-suriyede-1752764_202512041206_20251204120621_2

Suriya Prezidenti Əhməd Şara BMT TŞ-nın daimi üzvləri olan Çin, ABŞ, Rusiya, İngiltərə və Fransanın da yer aldığı 15 ölkənin təmsilçilərindən ibarət heyəti Şamdakı Xalq Sarayında qəbul edib.

Görüşdə Prezident Şaraya Xarici İşlər naziri Əsəd Həsən Şeybani və bəzi Nazirlər Kabineti üzvləri yoldaşlıq edib.

BMT TŞ heyəti 14 illik aradan sonra ilk dəfə kollektiv şəkildə Suriyaya səfər edib. Prezident Şaranın BMT TŞ nümayəndə heyətini Xalq Sarayında qəbul etməsi, diplomatik baxımdan böyük əhəmiyyət daşıyır.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa