14 yaşlı qızı nişanladılar, atası şöbədə dava saldı - VİDEO

media-hightechnic-468x90

Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.

Yenicag.az xəbər verir ki, hadisə ilə bağlı yeniyetmə qızın anası “Xəzər Xəbər” danışıb.

Yeniyetmənin anası iddia edib ki, nişan olmayıb. Qızın atası məclislərdən birində sərxoş halda söz verib.

Sabirabad polisi isə erkən nikah haqqında niyyətdən xəbər tutduqdan sonra 20 yaşlı Elvin Məmmədli, onun atası Elşən Məmmədli və 14 yaşlı qızın atası Hikmət Fərzəliyevi şöbəyə dəvət edib. Onlarla söhbət aparılarkən qızın atası Hikmət Fərzəliyev qışqıraraq söyüş söyüb, qızı ilə nişanlanan oğlanın atasını təhqir edib. Bu zaman onunla qızın nişanlandığı Elvin Məmmədli arasında mübahisə yaranıb. Polisin sakitləşdirməsinə baxmayaraq onlar ictimai asayişi pozublar.

Hikmət Fərzəliyev və Elvin Məmmədli barəsində protokol tərtib olunub və məhkəməyə göndərilib. Onlar məhkəmənin qərarı ilə inzibati qaydada 8 sutka həbs olunublar.

Daha ətraflı süjetdə:

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa