!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

15 İyun – Azərbaycanın taleyində DÖNÜŞ ANI: Qurtuluşla başlayan Zəfər yolu – Tənzilə Rüstəmxanlı YAZIR

!Reklam – Yazi

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Bir yandan Ermənistan tərəfindən torpaqlarımızın işğal edilməsi, digər tərəfdən, ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə doğru sürükləyirdi. Bu proses 1993-cü ilin iyununda özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycan parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı.

Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək, Bakıya qayıtdı və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü.

Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı, böyük qurtuluşa doğru atılan mühüm addım oldu. Bu səbəbdən 15 iyun haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

15 İyun – Milli Qurtuluş Gününün xalqımızın tarixinə silinməz izlərlə yazılmış ən dəyərli günlərdən biri kimi ictimai, siyasi və tarixi əhəmiyyəti olduqca böyükdür. Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi, bugünkü qüdrətli, böyük tarixi zəfərlərə imza atan ölkəmizin müasir reallıqlarını şərtləndirən tarixi gündür.

Azərbaycanın dövlət müstəqilliyinin xilası, tənəzzüldən tərəqqi yoluna çıxması Milli Qurtuluş Günü ilə əlaqədardır. Bu tarixi yaradan, yazan, canından çox sevdiyi xalqının müstəqillik arzularını gerçəyə çevirən isə böyük şəxsiyyət Heydər Əliyevdir. Ona görə də Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevlə hər zaman fəxr edir, Onun misilsiz əməllərini qürur hissi ilə xatırlayır.

Biz böyük dövlət xadimi, müasir, müstəqil Azərbaycan dövlətinin banisi və memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışarkən Onun özündən sonrakı dövrdə də Azərbaycanı yüksək səviyyədə inkişaf etdirəcək, ölkəmizə tarixi zəfərlər qazandıracaq layiqli varis, qətiyyətli lider yetişdirməsini mütləq şəkildə vurğulamalıyıq.

31 oktyabr 2003-cü il tarixində keçirilən andiçmə mərasimindəki nitqində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, – deyən cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın və dövlətimizin yeni və ən şanlı tarixi yazıldı. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirmiş oldu.

Tarixi paralellər aparsaq, görərik ki, Heydər Əliyev Azərbaycanı bir dövlət kimi müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdisə, İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpasını təmin etdi. Bunların hər ikisi – müstəqillik və ərazi bütövlüyü – xilaskarlıq missiyasının bir-birini tamamlayan qoşa qanadlarıdır. Çünki dövlətin mövcudluğu baxımından vəhdətdə olmalı bu iki şərtin birini digəri olmadan təsəvvür etmək mümkün deyil. Bu, siyasi varisliyin ən bariz nümunəsidir.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi.

Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Qalib xalq, müzəffər ordu və müdrik Ali Baş Komandan birliyi ilə hələ qarşıda neçə-neçə tarixi zəfərlər, qələbələr bizi gözləyir.

COP29

www.yenicag.az

516
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv