15 nəfər yol qəzasında öldü

media-hightechnic-468x90

f8a31caae2bfd53258b9ce5296f05fc0Hadisə yerində 14 yanmış meyit aşkar edilib

Qazaxıstanın Jambıl vilayətinin Moyinkum rayonunda, Almatı-Yekaterinburq avtomobil yolunun 487-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nəqliyyat vasitələrinin toqquşması nəticəsində avtomobillər yanıb və nəticədə 14 Qırğızıstan vətəndaşı və 1 Qazaxıstan vətəndaşı olduğu ehtimal edilən şəxs, ümumilikdə 15 nəfər ölüb. Daha 5 nəfər xəsarət alıb.

Hadisə “Qazel-2705” markalı yük avtomobili ilə “Mercedes-Benz Sprinter” markalı mikroavtobusun toqquşması nəticəsində baş verib. Sərnişin avtobusu Bişkekdən Qazaxıstana gedirmiş və içərisində 19 sərnişin olub. Hadisə nəticəsində nəqliyyat vasitələri yanıb və hadisə yerində 14 yanmış meyit aşkar edilib. Onlar 3-ü uşaq olmaqla, 13 nəfər sərnişin və “Qazel” markalı avtomobilin sürücüsüdür. Məlumata əsasən daha bir sərnişin xəstəxanada kəllə-beyin travması səbəbindən həyatını itirib.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyində hadisə ilə bağlı ”qaynar xətt ”açılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600