Türkiyədə 350-dən çox qanunsuz miqrant saxlanıldı

media-hightechnic-468x90

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə növbəti genişmiqyaslı əməliyyat nəticəsində Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları 355 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı kanallarının təşkilində iştirak edən 25 şəxsi saxlayıb.

media-banner_tkm

Yenicag.az Türkiyə Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, yoxlamalar ölkənin 81 vilayətinin hər birində aparılıb.

Nazirliyin məlumatına görə, əməliyyatda 26 236 polis və jandarma əməkdaşı iştirak edib.

Qanunsuz miqrantlar tərəfindən istifadə edilə bilən 14 142 obyekt, o cümlədən 3 795 tərk edilmiş tikili yoxlanılıb. Sənədlərin yoxlanması 7447 ictimai yerdə və 449 terminalda aparılıb.

Türkiyədən qeyri-qanuni miqrantların çıxarılması proseduruna başlanılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05