15 rayonda təbii qaz olmayacaq
Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 12:00-dək Şəki rayonuna, saat 13:00-dək Nərimanov, saat 17:00-dək Suraxanı, Xətai, Füzuli və Yevlax rayonlarının bir hissəsinə, Qax rayonuna, saat 18:00-dək Nizami, Xəzər, Binəqədi, Abşeron, Quba və Şəmkir rayonlarının bir hissəsinə, Astara rayonunun Ərçivan, Kürdəmir rayonunun isə Çöhranlı və Bağbanlı kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.