16 yaşlı qızın törətdiyi qətl

media-hightechnic-468x90

bakida 16 yasli qizin toretdiyi cinayetNoyabrın 27-də Bakıda 23 yaşlı Şəms Nəhmədovanı bıçaqlayaraq öldürən 16 yaşlı Aydan Xəlilova barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qətl hadisəsi Binə qəsəbəsi ərazisində Musa adlı şəxsin avtomobilində baş verib. Hadisəni törədən A.Xəlilova deyib ki, Musanın avtomobilində Şəms Nəhmədova ilə mübahisə edib. Mübahisə zəminində 23 yaşlı qız otaq yoldaşına təhqiredici sözlər deyib. 16 yaşlı qız iddia edib ki, Şəmsi söyüşlərinə görə bıçaqlayıb. O da məlum olub ki, hadisənin baş verdiyi avtomobilin sahibi olan Musa hər iki qızla isti münasibətdə olub və qızlar həmin gün onun avtomobilində yığışaraq aralarındakı mübahisəli məsələni müzakirə etmək istəyiblər.

(olaylar.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600