!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

17 yaşlı qızı öldürən avtobus sürücüsünün məhkəməsi başladı

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sərxan Səfərovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.

Yenicag.az xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi iclasda prokuror işlə tanış olmaq üçün vaxt istəyib.

İclas dekabrın 12-də davam edəcək.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakının Sabunçu rayonu ərazisində baş verib. Ramana qəsəbəsində 204 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu yolu keçmək istəyən 17 yaşlı Vəliyeva Fatimə Marif qızını vurub. Kəllə-beyin travması və bədənin müxtəlif zədələri diaqnozu ilə xəstəxanaya yerləşdirilən F.Vəliyeva dünyasını dəyişib.

Avtobusun sürücüsü S.Səfərova Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv