18 yaşlı gənc qətl törədib

media-hightechnic-468x90

77034_res_01Gənclər arasında baş verən münaqişə qanlı sonluqla nəticələnib. Hadisə dünən axşam saatlarında Cəlilabad rayonunun Uzuntəpə kəndinə baş verib.
Kənd sakini 18 yaşlı Fərhad Səlim oğlu Abbasov həmkəndlisi və qonşusu 22 yaşlı Seymur Faiz oğlu Əliyevlə aralarında yaranmış mübahisəni həll etmək üçün birincinin qohumlarının həyətində bir araya gəliblər.
Öncə mübahisə edən tərəflərdən Fərhad Abbasov sonda üzərində gəzdirdiyi bıçaqla Seymura bir neçə zərbə endirərək hadisə yerindən uzaqlaşıb.
Yaralı atasının və qohumlarının səyi ilə xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. O, əməliyyat masasında dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Seymur Əliyev ailəli olub. Himayəsində bir övladı olub. 3 aylıq körpəni atasız qoyan Fərhad Abbasov hadisə yerindən qaçsa da polisin əlindən qaça bilməyib.
Keçirilən əməliyyat zamanı o saxlanıb. Hadisənin konkret hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam etdirilir (anspress.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600