Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Nəsimi rayonunda “Qalibiyyət günəşi – Azərbaycan” adlı tədbir keçirilib

Nəsimi rayonu 159 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə “Qalibiyyət günəşi – Azərbaycan” adlı tədbir keçirilmişdir.

28 may Respublika Günü münasibəti ilə Nəsimi rayonunun orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilir. Bu gün münasibəti ilə elmi-praktik konfranslar, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri təşkil edilir, divar qəzetləri buraxılmışdır

25 may 2017-ci il tarixdə 159 saylı tam orta məktəbdə 28 May-Respublika Günü qeyd edilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Vahid Xəlilov açaraq qonaqları salamlamış və sözü Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərova vermişdir. Asif Əsgərov bildirmişdir ki, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün xalqımızın tarixində ən şərəfli günlərdən biridir. Həmin gün çoxəsrlik tarixi olan Azərbaycanda müstəqil dövlət qurulmuşdur. Bu, həm də müsəlman dünyasında ilk demokratik dövlət idi. Həmin mürəkkəb dövrdə böyük çətinliklərə və maneələrə baxmayaraq, bu dövləti qurmağa nail olmuş insanların əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır. Bu dövlət 23 ay yaşasa da, onun dövlətçilik ənənəsi və milli özünüdərk baxımından olduqca böyük əhəmiyyəti vardır. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə xalqımızın təkidli tələbi ilə ümummilli liderimiz, dahi şəxsiyyət və böyük vətənpərvər Heydər Əliyev hakimiyyətə qayıtdı və xilaskarlıq missiyasını uğurla yerinə yetirdi. Ulu öndərimiz qısa müddət ərzində ölkəmizi məhvə aparan bütün təhlükələri əzmkarlıqla dəf edərək müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi oldu. Bügünkü çiçəklənən, qüdrətli Azərbaycana görə biz hamımız bu dahi insana minnətdarıq. Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş həmin siyasət bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qonaqlar məktəbin foyesində uşaqların əl işlərindən, rəsm əsərlərindən ibarət sərgiyə və məktəb şagirdlərinin ifasında hazırlanmış konsert proqramına tamaşa etmişlər.

Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşları və digər qonaqlar iştirak etmişlər.

Yenicag.az

www.yenicag.az

560
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100