!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

188 yükdaşıma xidməti haqqında ŞOK İTTİHAMLAR - VİDEO

!Reklam – Yazi

Bakıda yükdaşıma şirkəti işçilərinin əmək haqlarını vermir.

Üstəlik şirkət işçilərin hərbi biletlərini, diplomlarını da girov saxlayır.

Yenicag.az xəbər verir ki, bu iddiaları elə həmin şirkətdə sürücü işləyən şəxslər səsləndirib. Bildiriblər ki, onlar uzun müddətdir 188 yükdaşıma xidmətində sürücü kimi çalışırlar. Son vaxtlar şirkət onların əməkhaqlarını verməyib. Buna etiraz edərək işdən çıxan sürücüləri şirkət bu dəfə sənədlərini verməməklə cəzalandırıb. 30-a yaxın işçinin diplom, hərbi bilet və bu kimi vacib sənədləri şirkət tərəfindən girov saxlanılıb.

Səsləndirilən bu iddialarla bağlı 188 yükdaşıma xidmətinin qarajına üz tutduq. Həmin ünvanda rəhbərliyin olmadığını dedilər və qapıları üzümüzə bağladılar. Daha sonra qarajın rəisi Rəşad Mustafayevlə telefon vasitəsi ilə əlaqə saxladıq. O, açıqlamasında iddiaların əsassız olduğunu bildirdi.

Qeyd edək ki, zərərçəkmişlər artıq faktla bağlı Nizami rayonu 24-cü polis şöbəsinə də müraciət ediblər. Onların hər birinin izahatı alınıb və məsələnin araşdırılacağı bildirilib.
Şirkətin rəhbərləri Rəşad və İsmixan Mustafayev qardaşlarıdır. Onlar məsələ ilə bağlı bir neçə dəfə Nizami rayon Prokurorluğuna və Nizami rayon polis idarəsinə çağrılıblar. Lakin heç bir nəticəsi olmayıb. Onlar insanlarə aldatmaqda, onların inamından sui istifadə etməkdə, vergidən yayınmaqda davam edirlər. İşçiler dəfələrlə əmək müfəttişliyinə müraciət etsə də, heç bir tədbir görülməyib.

COP29

www.yenicag.az

1293
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv