Zelenski Trampın nümayəndələri ilə telefon danışığını təsdiqlədi

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerlə telefon danışığı apardığını təsdiqləyib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında paylaşım edib.

O bildirib ki, danışıq zamanı diplomatik səylərin necə fəallaşdırılması ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

“Az əvvəl prezident Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışdım. Diplomatiyanı necə fəallaşdırmaq barədə yaxşı və vacib söhbət oldu”, – deyə Ukrayna lideri qeyd edib.

Zelenskinin sözlərinə görə, tərəflərin komandaları sıx əlaqəni davam etdirir və müzakirə olunan bütün məsələlər üzrə iş aparılır.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05