!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

197 nömrəli avtobus sərnişinləri BOĞAZA YIĞIB – ŞİKAYƏT

!Reklam – Yazi

Savalan qəsəbəsi – “Koroğlu” Nəqliyyatı Mübadiləsi Mərkəzi istiqamətində hərəkət edən 197 nömrəli marşrut avtobuslarının fəaliyyəti ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Yenicag.az-a müraciət edən sakinlər avtobusların intervallarının gecikməsi səbəbindən dayanacaqlarda uzun müddət gözləməli olduqlarını bildiriblər.

Onların sözlərinə görə, gözləmə müddətinin 20-30 dəqiqəni keçməsi və avtobusların nizamsız hərəkət etməsi ciddi narahatlıq yaradır. Bu isə sərnişinlərin işə və ya digər təyinat yerlərinə vaxtında çatmasına mane olur.

Sakinlərin başqa bir şikayəti isə sürücülərin avtobusları yüksək sürətlə idarə etməsi ilə bağlıdır. Xüsusilə sıx yol şəraitində sürət həddinin aşılması sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atır.

Şikayətçilər avtobus sürücülərinin gedişhaqqı ilə bağlı qanunsuz davranışlarına da diqqət çəkiblər. Bildirilib ki, bəzi sürücülər sərnişinlərdən normadan artıq ödəniş tələb edir:

“Koroğlu”da avtobusu 20-30 dəqiqə gözləməyimiz bəs etmir, hələ bir pul verəndə də daha artığını alırlar. O dəfə dayanacağa çatanda 1 manat uzatdım və “Koroğlu”dan gəldiyimi dedim. Sürücünün yanında duran gənc konduktor mənə 40 qəpik qaytarmaq əvəzinə, 30 qəpik qaytardı. Ar edib “10 qəpiyim hanı” deyə bilmədim”.

Bəzi sərnişinlər isə avtobusların texniki vəziyyətindən şikayət ediblər:

“Avtobuslarda problemlər çoxdur. Hansı birini deyək? Motorun qoxusu salonu bürüyür, hər dayanacaqda 5-10 dəqiqə saxlayır, bəzən də avtobus getdiyimiz yerdə xarab olur. Gəl, indi düş, o biri avtobusu gözlə. Kefləri də nə istəyir, onu edirlər. Sürücülərin hələ siqaret çəkməsini demirəm. Gah Savalanın içərisindən, gah da Maştağadakı “Xəyal” bazarı tərəfdən gedirlər. Biri buna əncam çəkməlidir, ya yox?!”

Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

www.yenicag.az

137
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv