Azərbaycandan Ermənistana daha bir məhsul ixracına başlanılıb

media-hightechnic-468x90

Azərbaycan Ermənistana plastik tikinti materialları ixrac etməyə başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında deyilir.

İyun ayında Ermənistana 5910 dollar dəyərində 1,39 ton plastik tikinti komponenti ixrac edilib.

2026-cı ilin yanvar-iyun ayları arasında Azərbaycan Ermənistana 17 128 640 dollar dəyərində mal ixrac edib.

Eyni dövrdə Ermənistandan Azərbaycana dolayı mal idxalı 960 dollar təşkil edib. Lakin iyun ayında Ermənistandan Azərbaycana heç bir daşınma olmayıb.

Ümumilikdə, ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 24,661 milyard dollara çatıb. İxrac 16,320 milyard dollar, idxal isə 8,341 milyard dollar təşkil edib. İl ərzində ixrac 26,7% artıb, idxal isə 27,6% azalıb.

Xarici ticarətin müsbət saldosu 5,9 dəfə artaraq 7 milyard 979 milyon dollara çatıb./unikal/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05