Zelenski Hakan Fidanı ordenlə təltif etdi

media-hightechnic-468x90

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüş zamanı Prezident Zelenski Hakan Fidanı Ukrayna-Türkiyə münasibətlərinin inkişafına və dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrə görə II dərəcəli “Ləyaqət” ordeni ilə təltif edib.

media-banner_tuq

Diplomatik mənbələrin məlumatına görə, tərəflər görüşdə ikitərəfli münasibətlər, regional vəziyyət və gündəmdə olan aktual məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Ukraynada II dərəcəli “Ləyaqət” ordeni dövlət idarəçiliyi, diplomatiya, beynəlxalq əməkdaşlıq və digər sahələrdə xüsusi xidmətləri olan şəxslərə təqdim olunur.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05