Xameneinin dəfn edildiyi məqbərədə yanğın oldu

media-hightechnic-468x90

İranın Məşhəd şəhərindəki keçmiş Ali Lider Əli Xameneinin dəfn olunduğu İmam Rza türbəsində bu gün gündüz saatlarında yanğın baş verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.

Bildirilir ki, yanğın kompleksin içərisində yerləşən bitum emalatxanasında baş verib. Türbənin və Məşhəd Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri hadisə yerinə tez bir zamanda göndərilib. Alov dərhal lokallaşdırılıb və söndürülüb.

Kompleksin içərisində sıx tüstü olmasına baxmayaraq, yanğın türbənin digər hissələrinə yayılmayıb. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05