10 kiloqram çəki atan AYAZ: "Hədəfim..."
Müğənni Ayaz Qasımov solo konsertə hazırlaşır. Sənətçi səhnə görkəmi ilə bağlı dəyişikliklərə də start verib.
Yenicag.az xəbər verir ki, müğənni artıq 10 kiloqram çəki atıb. O, daha 15 kiloqram arıqlayaraq arzuladığı fit səhnə görkəminə sahib olmağı hədəfləyir:
“Səhnə qurban tələb edir və daha fit görünməyi sevir. İşimiz elədir ki, bəzən özümüzə vaxt ayıra bilmirik. Bir qədər çəki almışdım, onu atmalıyam. Artıq səhnə görkəmimlə bağlı dəyişikliklərə start vermişəm. Çox adam sual verir ki, niyə solo konsert vermirsən? Bu, mənim də arzumdur. Mən musiqiçiyəm və 23 illik səhnə fəaliyyətim var. 2027-ci ildə solo konsert arzumu reallaşdıracağam”.
Nehru













